Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin və muxtar respublikanın Daxili İşlər Nazirliyinin birgə məlumatı

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin və muxtar respublikanın Daxili İşlər Nazirliyinin birgə məlumatı
  • Cəmiyyət

  • Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi bildirir ki, 2021-ci il yanvar ayının 5-dən etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərə istifadə müddəti bitmiş, itirilmiş, istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenisi ilə əvəzlənməsinə başlanılacaq.

    Daimi nümayəndəlikdən LEQAL.AZ-a bildiriblər ki, şəxsiyyət vəsiqələrinin verilməsi, ilkin mərhələdə, 31 yanvar 2021-ci il tarixinədək davam edəcək.

    Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi -130. Tel: (012) 590-64-43, 590-64-31.
    PAYLAŞ:

    Oxşar xəbərlər