DİN: Yeni inzibati binalar istifadəyə verilib FOTO

DİN: Yeni inzibati binalar istifadəyə verilib  FOTO
  • Cəmiyyət

  • Dekabrın 24-də Daxili İşlər Nazirliyinin (DİN) Sabunçu rayonunun Nardaran qəsəbəsindəki xidməti binası və Əlahiddə Çevik Polis Alayının yeni korpusu istifadəyə verilib.

    DİN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov açılışlarda iştirak edib.

    Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin daha səmərəli fəaliyyəti üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib. O qeyd edib ki, daxili işlər orqanlarının maddi-texniki bazasının, əməkdaşların xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Yeni inzibati binaların istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.

    Nazir V.Eyvazov Daxili İşlər Nazirliyinin hərbi qulluqçularına və əməkdaşlarına göstərilən ali diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını ifadə edib. V.Eyvazov əminliklə bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti göstərilən dövlət qayğısını və yüksək etimadı xalqına, Vətəninə sədaqətli xidməti ilə doğruldacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər