“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi Prezident İlham Əliyevin doğum günü münasibətilə videoçarx hazırlayıb

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi Prezident İlham Əliyevin doğum günü münasibətilə videoçarx hazırlayıb
  • Cəmiyyət

  • “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi, həmçinin Azərbaycanda, eyni zamanda, ölkəmizdən kənarda yaşayan “İmzaçı”lar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibətilə xüsusi videoçarx hazırlayıblar.

    “İMZA”-nın Beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnar Məmmədlinin LEQAL.AZ-a verdiyi məlumata əsasən sosial şəbəkələrdə paylaşılmış, istifadəçilərin böyük marağına səbəb olmuş təbrik çıxışlarında Müzəffər Ali Baş Komandanımıza doğum günü ilə bağlı təbriklərlə yanaşı, bildirilib ki, Qarabağ müharibəsində qazanılmış şanlı Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb, dövlətimizə və xalqımıza bütün dünyada böyük nüfuz qazandırıb, millətimizin öz parlaq gələcəyinə inamını daha da artırıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər