2020-ci il xalqımızın tarixində Zəfər ili kimin qalacaq. 30 ildən artıq müddətdə işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın inkişafına töhfədir.
LEQAL.AZ-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Sahibə Qafarova qeyd edib ki, dövlətin apardığı məqsədyönlü siyasət nəticəsində ölkədə iqtisadi sabitliyi qoruyub saxlamaq mümkün olub.
Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu məsələ dövlətin diqqət mərkəzindədir.