Koronavirus vaksini vurulacaq şəxslərlə COVID-19 pasportu veriləcək

Koronavirus vaksini vurulacaq şəxslərlə COVID-19 pasportu veriləcək
  • Cəmiyyət

  • “Azərbaycanda koronavirus vaksini vurulacaq şəxslərlə bağlı elektron sistem mövcud olacaq. Mütəxəssislər bu proqram üzərində çalışır”.

    LEQAL.AZ-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib.

    TƏBİB sədri qeyd edib ki, insanlara vaksinin hər iki dozası vurulacaq:

    “Birinci vurduran insanlara ikinci dozanı vurdurmaları üçün xəbərdarlıq ediləcək. Elektron sistem e-təbib proqramı üzərində olacaq. Sistem demək olar ki, tam hazırdır. Bundan başqa, bizim tərəfimizdən barkodlu və hər şəxsə məxsus COVID-19 pasportu da hazırlanıb. Ehtiyac yarandığı təqdirdə peyvənd etdirəcək şəxslərə bu pasport veriləcək. Əgər hər hansı xarici ölkə koronavirusla əlaqəli nəsə sənəd tələbi irəli sürsə, həmin pasport təqdim ediləcək”.report
    PAYLAŞ:

    Oxşar xəbərlər