Dövlət Miqrasiya Xidməti “YAŞAT” fonduna ianə edib

Dövlət Miqrasiya Xidməti “YAŞAT” fonduna ianə edib
  • Cəmiyyət

  • Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən “YAŞAT” fonduna vəsait köçürülüb.

    DMX-dən LEQAL.AZ-a bildiriblər ki, Xidmətin bütün rəhbər heyətinin bir aylıq vəzifə maaşlarının 50 faizi həcmində fonda ianə edilib.

    “YAŞAT” fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinin təminatına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanına əsasən yaradılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər