Əbədiyaşar Əli FOTO

Əbədiyaşar Əli  FOTO
  • Cəmiyyət

  • Masallı rayonunun Böyük Kolatan kəndindəki şəhid Simran Rzayev adına tam orta məktəbinin təşkilatçılığı ilə “Əbədiyaşar şəhidlər” mövzusunda onlayn tədbir keçirilib.

    Müəllim və şagirdlərin iştirak etdiyi virtual tədbirdə Vətən müharibəsində qərəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan – məktəbin məzunu Əli Quliyevin döyüş yolu haqqında bəhs edilib.

    Bildirilib ki, Quliyev Əli Turac oğlu 20 oktyabr 2001-ci ildə İran İslam Respublikasının Məşhəd şəhərində dünyaya göz açıb. Altıncı sinfə qədər təhsilini orada alıb. Bundan sonra o, ailəsi ilə birlikdə doğma ünvana – Masallı rayonunun Böyük Kolatan kəndinə köçüb. Təhsilini kənd tam orta məktəbində davam etdirib. 2019-cu ildə orta təhsilini başa vurub.

    Vətənə olan borcunu yerinə yetirmək üçün ordu sıralarına yola düşən Əli hərbi xidmətinə Cocuq Mərcanlıdan başlayıb. Sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində düşmənin bir neçə postunun alınmasında fəal iştirak edib. Oktyabrın 26-dan 27-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb. Şəhidlə vida mərasimi oktyabrın 29-da keçirilib. Böyük Kolatan kənd (Bağıroba) qəbiristanlığında dəfn edilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020- ci il tarixli Sərəncamına əsasən Silahlı Qüvvələrin əsgəri Əli Quliyev (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif olunub.

    Bütöv Azərbaycan uğrunda sinəsini düşmən gülləsinə sipər edən, Vətən naminə canından, qanından keçən Əli Quliyev kimi hər bir Vətən oğlu bizimçün qəhrəmandır.

    Akif AĞAYEV.

    PAYLAŞ:

    Oxşar xəbərlər