Şəmkirli qazilar: Vətən bizim üçün candan da şirindir

Şəmkirli qazilar: Vətən bizim üçün candan da şirindir
  • Cəmiyyət

  • Vətən müharibəsində əldə edilən qələbədə iştirak edən Şəmkirli qazilarin də payları var. LEQAL.AZ xəbər verir ki, Şəmkirin Keçili kəndindən onlarla gənc Vətən müharibəsində iştirak üçün yola salınıb. Onlardan 3 nəfər şəhidlik zirvəsinə yüksəlib. Bu kənddən olan qazilərlə söhbət edərkən onlar heç zaman döyüş anlarında yaşadıqlarını unutmayacaqlarını deyirlər. Bu gün keçdiyi döyüş yolundan danışan qazilərdən biri bu kəndin sakini Zakir Yunislidir. O, müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib. Fizuli, Cəbrayıl istiqamətində döyüşən qazinin sonuncu döyüş yeri Cəbrayıl rayonunun Şükürbəyli kəndi olub. Həmin döyüşdə Zakir yaralanıb.

    “Döyüşə girəndə heç birimizdə qorxu hisləri yox idi. Hamı istəyirdi irəli getsin, erməniləri topraqlarımızdan çıxarsın. Şükür hər şey qaydasında getdi, istədiyimiz kimi alındı, torpaqlarımız işğaldan azad edildi. Biz hücuma keçəndə, ermənilər silahlarını atıb, qaçırdılar. Bilirdilər ki öldürməyə gəlirik. Eləsi vardı ki, onu zəncirlə bağlamışdılar, qaça bilmirdi. Qalanları isə qaçırdı. O anlar ömürlük yaddan çıxmaz. Əlbbət, bizim üçün Vətən candan da şirindi”, – deyə Zakir Yunisli bildirib.

    Qazinin atası deyir ki, kənddəki valideynlər kimi, o da oğlunu böyük sevinclə vətənin azadlığı uğrunda müharibəyə yollayıb. Onun keçdiyi döyüş yolu ata kimi onu qürurlandırır: “Mən də Birinci Qarabağ müharibəsi veteranıyam. Biz fəxr eləyirdik ki, oğlumuz Vətəninin bütövlüyü uğrunda döyüşür. Oğlumun, eləcə də Azərbaycan əsgərinin əldə etdiyi qələbəyə çox sevindim. Bu böyük fəxr idi ki, oğlum da orda yaralandı. Mənindi qürurla gəzirəm”.

    Kəndin digər qazisi isə Məmməd Məmmədlidir. Onlar eyni yaşdadılar. Məmməd deyir ki, 44 günlük müharibədə sona qədər iştirak edib. O, Şuşa ətrafında gedən döyüşlərin birində ağır yaralanıb.

    “Bizim əsgərlərimizin hamısında əhval-ruhiyyə yüksək idi. Axır ki, Şuşaya bayrağımızı sancdıq. Biz o məqsədlə getmişdik ki, bütün işğal altında olan torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad edək. Bizim üçün Vətən hər şeydən əzizdir”, – deyə qazi söyləyir.

    Hər iki qazinin evində indi körpə uşaqlar böyüyür. İndi atalarının onlar üçün Qarabağ tarixindən- şəhidlərimizin, qaziləriminiz göstərdiyi şücaətdən danışılacaq çoxlu xatirələri var
    azərtac
    PAYLAŞ:

    Oxşar xəbərlər