Koronavirusa (COVID-19) yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq, dekabrın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda artıq on səkkizinci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, görülən bu işlər paytaxtımızda sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.
Koronavirusun daha da çox yayılmasının qarşısını almaq üçün vətəndaşlardan karantin qaydalarına ciddi riayət etmələri xahiş olunur.