Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4273 yoluxma faktı qeydə alınıb, 4164 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 183 min 259 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 119 min 5 nəfər müalicə olunaraq sağalıb, 2007 nəfər vəfat edib. Aktiv xəstə sayı 62247 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 980 min 579 test aparılıb. Bugünkü test sayı isə 17231-dir.