Gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanıb (FOTO)

Gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanıb (FOTO)
  • Cəmiyyət

  • Gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan LEQAL.AZ-a verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazilərində xidmət aparan zamanı Goranboy rayon Yenikənd kənd sakini Xalid Əmirova məxsus fərdi yaşayış evində gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlayıb.

    Dərhal polis əməkdaşları tərəfindən rayonun Meşəli kənd sakini Loğman Şirinovun təşkil etdiyi hazırlıq məşğələsi dayandırılmış, oradakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. L. Şirinov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək inzibati cərimə tətbiq edilib.(trend)

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər