Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
LEQAL.AZ xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu təltif edilib.
Təltif edilənlər arasında Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov da var.
Hər iki nazir “Zəfər” ordeni ilə təltif edilib.(mənbə:modern)