Mənsum İbrahimov: Prezident tərəfindən verilən sərəncam çox vaxtında atılmış bir addımdır

Mənsum İbrahimov: Prezident tərəfindən verilən sərəncam çox vaxtında atılmış bir addımdır
  • Cəmiyyət

  • “Bu gün cənab Prezident tərəfindən verilən sərəncam çox vaxtında atılmış bir addımdır. Dövlətimiz hər zaman Birinci Qarabağ müharibəsində və İkinci Qarabağ müharibəsində qazilərimizə, şəhid ailələrinə yüksək diqqət göstərib. Bu günkü yaradılan fond, “Yaşad” fondu, birbaşa mərkəzdən idarə olunacaq. Ölkə başçımıza məni də Fondun Himayəçilik Şurasının üzvləri siyahısına daxil etdiyi üçün təşəkkür edirəm”.

    Bu sözləri LEQAL.AZ-a açıqlamasında Azərbaycanın Xalq artisti, xanəndə Mənsum İbrahimov deyib.
    Bununla yanaşı, Azərbaycanın böyük  ziyalılarından, 11 nəfərdən ibarət Himayəçilər Şurası yaradıldı. Bu şura fonda nəzarət edəcək. Fonda yığılan bütün vəsaitin, eyni zamandan fonddan xərclənən vəsaitin, onlayn, şəffaf şəkildə, hər kəsin gözü qarşısında təyinatı göstəriləcək. 

    İkinci Qarabağ müharibəsində şəhid ailələrinin ora müraciət etməsinə ehtiyac yoxdu. Ona görə ki, asan könüllüləri hər rayonun şəhid ailəsinin artıq ünvanlarını götürüb. Onlar o ünvanlara gedəcəklər və orada olan ailələrin, evlərin vəziyyəti ilə tanış olacaqlar, hesabatlar hazırlayacaqlar. Bu hesabatlar nəticəsində işlər görüləcək. Və eyni zamanda o ailələrin həm də banka olan kredit borclarının ödənilməsinə, onların uşaqlarının təhsil haqlarına, onlarla bağlı olan problemlərinə, mənzil şəraitinin yaxşılaşdırılmasına, müəyyən fiziki hissələrini itirmiş qazilərimizin sağlamlıqlarının bərpa olunmasına kömək olunacaqdır. 

    Ümumiyyətlə, onların hər bir problemi bir mərkəzdən idarə olunacaq. Bəzən televiziyada görürdük ki, bir ailənin problemi qabardılırdı, ona müxtəlif köməklər olunurdu. Digər ailələr kənarda qalırdı. Amma bu dəfə tam bir mərkəzdə hər kəsə ayrı-ayrılıqda diqqət göstəriləcək.

    Həmçinin Birinci Qarabağ Müharibəsinin həm qazilərinə, həm də şəhid ailələrinə kömək olunacaq. Sadəcə onlar özləri müraciət etməlidirlər. Ona görə də, burada olan  vəsaitlər könüllü ianələr şəklində toplanacaq.

    Həm Azərbaycanda, kənarda olan azərbaycanlı müxtəlif iş adamlarının, eyni zamanda Azərbaycanda olan müxtəlif şirkətlərin, fiziki şəxlərin fonda vəsaiti şəffaf şəkildə toplanacaq. Həmin adamlar özləri kabinet yaradacaq və ora daxil olub yüklədikləri vəsaiti, hara, kimə istifadə olunduğunu şəffaf şəkildə görə biləcəklər.

    ƏMİNƏ Elaydın


    PAYLAŞ:

    Oxşar xəbərlər