"Səni tapıb, özüm alacam" deyən şəhid Daşqın - VİDEO

"Səni tapıb, özüm alacam" deyən şəhid Daşqın - VİDEO
  • Cəmiyyət

  • “Qarabağ alınsın səni özüm alacam, bu söz bir çoxumuza tanışdır. Otuz ildir həsrətində olduğumuz torpaqlar alındı. Məni alan olmadı yazan bir xanımın statusuna, Daşqın Şəfiyevin verdiyi reaksiya idi. 31 yaşlı Daşqın bu sözləri ilə hər kəsin sevimlisinə çevrilmişdir. Noyabr 5-də isə o, həmdə qürur mənbəyimizə çevrildi. Ən böyük arzusu ata- baba yurdu, Kəlbəcərdə özünə toy etmək idi. O, şəhidlik zirvəsini fəht etdi.”  

    LEQAL.AZ xəbər verir ki, bu sözləri ATV-yə müsahibəsində Daşqın Şəfiyevin anası Gülnaz xanım deyir.

    Tovuz hadisələri başlayanda o, könüllü döyüşlərə qatılmaq üçün yazıldı. Səbirsizliklə gözləyirdi ki, hansısa günü çağıracaqlar. Görünür vətən həsrəti arzularından üstün oldu.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Vətən sizi heç vaxt unutmayacaq!




    PAYLAŞ:

    Oxşar xəbərlər