Ali Məhkəmədə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb FOTO

Ali Məhkəmədə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb  FOTO
  • Cəmiyyət

  • Dekabrın 4-də Ali Məhkəmədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib və onların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

    Ali Məhkəmənin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, mərasimdə Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edildiyini, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb.

    Ali Məhkəmənin sədri bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı qəhrəman zabit və əsgərlərimizə şəfa və ailələrinə səbir diləyib.

    PAYLAŞ:

    Oxşar xəbərlər