Azərbaycanın Vətən müharibəsi dövründə tarixə qızıl hərflərlə həkk olunan qəhrəmanlıq dastanı yazdı FOTO

Azərbaycanın Vətən müharibəsi dövründə tarixə qızıl hərflərlə həkk olunan qəhrəmanlıq dastanı yazdı  FOTO
  • Cəmiyyət

  • Dekabrın 4-də Türkiyənin bir çox bölgəsində olduğu kimi, Manisa vilayətində də Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

    LEQAL.AZ xəbər verir ki, Manisa Azərbaycan Dərnəyi tərəfindən təşkil olunan tədbir bu şəhərdəki Azərbaycan Qardaşlıq Parkında keçirilib. İki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimin iştirakçıları parkda ucaldılan, Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən “Bir millət, iki dövlət” abidəsinin qarşısına əklil və tər güllər qoyub, Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Tədbirdə çıxış edən dərnəyin sədri Yalçın Taşdemir Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi dövründə tarixə qızıl hərflərlə həkk olunan qəhrəmanlıq dastanı yazdığını vurğulayıb. Qeyd edilib ki, Vətən müharibəsində Azərbaycanın Silahlı Qüvvələrinin 2783 hərbi qulluqçusu həlak olub. 100-dən çox hərbi qulluqçu itkin düşmüş hesab olunur. “Bu müqəddəs savaşda canından keçən bütün qəhrəmanlarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyir, şəhid ailələrinə, Azərbaycan xalqına və bütün türk dünyasına başsağlığı veririk”, - deyə dərnək sədri bildirib.

    PAYLAŞ:

    Oxşar xəbərlər