Dekabrın 4-də Vətən müharibəsi şəhidlərinin xatirəsi yad ediləcək - SƏRƏNCAM

Dekabrın 4-də Vətən müharibəsi şəhidlərinin xatirəsi yad ediləcək - SƏRƏNCAM
  • Cəmiyyət

  • Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

    LEQAL.AZ-ın məlumatına görə, Sərəncamla canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə qərara alınır:

    - Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.

    - Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər