Şərəfli tariximizin qəhrəmanları - VİDEO

Şərəfli tariximizin qəhrəmanları - VİDEO
  • Cəmiyyət

  • “Bu həyatda ad sanla-yaşayaq ki, öləndə tabutumuz adlı-sanlı oğulların çiynində getsin” Elçin Həsənli bu əqidə ilə yaşayırdı. Vətən, torpaq hər şeydən öndə gəlirdi onun üçün. Son nəfəsinə qədər köksündə gəzdirdiyi üçrəngli bayraq da təsadüfi deyildi. Baxmayaraq ki, 1993-cü ildə Qarabağ erməni ordusu tərəfindən işğal olunanda o, hələ yenicə anadan olmuşdur. Amma üzünü bir dəfə də görmədiyi Qarabağ üçün canından keçməyə hazır idi.

    Anası deyir ki, bu vətənpərvərlik ona illəriini hərbiyə həsr edən dayısı Şəhriyar Əsgərovdan keçmişdir. Ən əsası da general Polad Həşimov ona əməlli başlı örnək oldu. Ona görə də, könüllü olaraq döyüşlərə atıldı.

    Aspiratura pilləsinə qədər təhsil alan Elçin Həsənli üçün görünür Vətən hər şeydən üstün idi. Bunu valideynləri də hiss etmişdi. Anası Xatirə İsmaylova deyir ki, sonuncu dəfə danışanda Şuşa ətrafında döyüşlərdə olduğunu bildirdi. Amma ondan sonra xəbər-ətər çıxmadı. Bunu yazdığı sms-lər də isbat edir. Bununla da ailə hər şeyə hazır olir.

    Övladının qəhrəmanlığı ilə fəxr edən Xatirə İsmayılova deyir ki, onun ürəyinə əvvəldən hər şey dammışdı. Hətta evinə son gəlişi belə...

    Balasının şərəfli ölümü ilə fəxrlə danışan ana hətta şagirdlərini də vətənpərvərlik ruhunda yetişdirdiyini bildirdi. Sevinirəm ki, övladım vətən uğrunda çəhid olub" dedi.

    PAYLAŞ:

    Oxşar xəbərlər