ANAMA: İşğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlər yaradılır

ANAMA: İşğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlər yaradılır
  • Cəmiyyət

  • İşğaldan azad olunmuş ərazilərdə, xüsusən yaşayış məntəqələrində ilk növbədə humanitar dəhlizlər yaradılır. Bu dəhlizlərin yaradılması və əhali arasında maarifləndirmə işlərinin aparılması istiqamətində ciddi iş aparılır.

    LEQAL.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov noyabrın 30-da təşkil olunan mətbuat konfransında bildirib.

    ANAMA-nın operativ qərargahının rəisi deyib ki, artıq Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi həyata keçirilir. On kilometrlik bu yolun səkkiz kilometrlik hissəsi artıq təmizlənib. Yolun minalardan təmizlənməsi yaxın iki-üç gün ərzində başa çatacaq.

    Bildirilib ki, Ağdam-Əfətli yolu da minalardan təmizlənib. Üç gün ərzində 11 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Yeddi kilometr avtomobil yolu minalardan tamamilə təmizlənib. Xudafərin körpüsü ətrafında iki ədəd partlamamış hərbi sursat aşkarlanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər