Rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində erməni faşızmi üzərində şanlı qələbəsi ilə torpaqların işğaldan azad azad olunması xəbəri xalqımızla birlikdə hər bir şəhid ailəsinə də sonsuz sevinc, təskinlik bəxş edib. Qələbə sevincini yaşadığımız günlərdə dövlət hesabına şəhid ailələrinə yeni mənzillərin verilməsi bu sevinci hissini ikiqat artırıb. Noyabrın 26-da Lənkəran şəhərində 10 şəhid və müharibə əlili ailəsinə yeni mənzillərin açarları təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və respublika Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli iştirak ediblər. Sakinləri yeni mənzillər almaq münasibətilə təbrik edən İcra başçısı şəhid ailələrinə və müharibə əlillərinə diqqət və qayğının cənab Prezidentin və dövlətin daim diqqətində olduğunu, bu kateqoriyadan olan ailələrin və şəhid doğmalarının maddi-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin görüldüyünü, sosial sahəyə dövlət qayğısının daim artmaqda olduğunu, Lənkəran rayonunda da sosial müdafiə tədbirlərinin geniş miqyasda davam etdirildiyini bildirib. Nazir müavini V.Nəsirli çıxışında şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təminatı işlərindən bəhs edib. O, dövlət başçısının tapşırığı ilə bu işlərin ildən-ilə geniş vüsət aldığını diqqətə çatdırıb. Evlə təmin olunan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri düşmən üzərində böyük Qələbənin əldə olunmasının onlar üçün ən böyük hədiyyə olduğunu, işğaldan azad olunan torpaqlarımızda üçrəngli Azərbaycan bayrağının dalğalanmasından böyük qürur hissi keçirdiklərini qeyd ediblər. Xalqımıza sonsuz zəfər sevinci bəxş etdiyinə və bu qələbə ovqatlı günlərdə onlara mənzillər təqdim olunduğuna görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Lənkəranda şəhid ailələrinə mənzillər verilib