Kupyanskda vəziyyət gərgin olaraq qalır. Ancaq ukraynalı müdafiəçilər indi daha çox nəzarətə sahibdirlər.
"Leqal" xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov ilə cəbhədəki vəziyyətlə bağlı ətraflı müzakirələr apardığını deyib.
Zelenski qeyd edib ki, ən çətin vəziyyət döyüşlərin ən yüksək intensivliyinin qaldığı Pokrovsk istiqamətindədir. Çox sayda işğalçı orada cəmləşib.