“Fənərbaxça” İkinci Qarabağ müharibəsində şəhid olan Niyamin Niftalızadə ilə bağlı paylaşım edib.
LEQAL.AZ İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onun məzarı önünə klubun forması qoyulub.
Klub “Fənərbaxça” azarkeşi olan Niyaminlə bağlı paylaşımında bunları qeyd edib:
“Azərbaycan ordusunda xidmət edərkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət diləyirik, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk".(axşam.az)
Qeyd edək ki, bundan əvvəl "Qalatasaray" klubu şəhid Fərid Dursunov və Murad Məmmədovla bağlı paylaşım edib.