Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm  rol oynamış ölkədir

Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm  rol oynamış ölkədir
  • Cəmiyyət

  • Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.

     Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci  ziyarətləri idi.  Bütün bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir.

    Yaxın Şərq ölkələri və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur. Artıq müxtəlif investisiya layihələri üzərində fəal işlənir. Eyni sözləri Mərkəzi Asiya ölkələri haqqında da söyləmək olar. Azərbaycan bəzi Mərkəzi Asiya ölkələri və Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondunu yaradıb. Bu sinerjinin yaradılması əlbəttə ki, hamısına fayda verəcək. Altı ay bundan əvvəl Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair mühüm bir müqavilə imzalandı. 

    Bu müqaviləyə əsasən Mərkəzi Asiyanın artıq mövcud olan və bəzilərinin üzərində iş gedən geniş enerji resurslarını buraya gətirəcək və Azərbaycanın geniş enerji resurslarına əlavə edəcək, enerji təhlükəsizliyi ilə bağlı Avropa ölkələrinə dəstək olacaq. İlk növbədə söhbət neft və qazdan gedir. Sözsüz yaşıl enerjidən elektrik enerjisi yaradılacaq. Bir neçə gün bundan əvvəl Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ənənəvi iclası keçirilmişdir. Onun gündəliyinin bir qismi yaşıl enerjiyə həsr olunmuşdur. Beləliklə, daşımalar, yaşıl enerji, təhlükəsizlik, sabitlik və əlbəttə ki, regionumuzun dövlətçiliyi və müstəqilliyini qorumaq üçün birgə səylər mühüm beynəlxalq amildir.

    Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm rol oynamış ölkədir. Türk dövlətləri 2024-cü ilin yayında Şuşada ilk qeyri-formal Zirvə toplantısına başladılar, ildə bir dəfə toplaşmaq kifayət etmir. İldə iki sessiya keçirmək  təşəbbüsü ilə Azərbaycan çıxış etmişdir və təşəbbüs dəstəklənmişdi. Tədbirdə verilən məlumata görə carı ilin may ayında ola bilsin görüş olsun. Tarixlər hələ müəyyən edilməyib.  Ancaq Azərbaycanda rəsmi Zirvə toplantısı keçiriləcək. Türk dünyasında ölkələr arasında münasibətlər Azərbaycan üçün çox vacibdir, bu ölkənin xarici siyasətinin əsas prioritetlərindən biridir.  Türk dövlətlərin tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və  təşkilatı daha güclü olmalıdır. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur. Eyni zamanda  hamının səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Beynəlxalq siyasi aləmdə  yubanmalı deyil və təşkilat  mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən verməməıidir. Bunun üçün böyük potensial var. Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları mövcuddur.

    Təşkilat etnik köklərə əsaslanır.  Türk Dövlətləri Təşkilatının unikallığı onun etnik mənşəyə, ümumi köklərə, ənənələrə, ümumi dəyərlərə əsaslanması və həmin dəyərlərlə bölüşməsidir.  Avropa İttifaqına baxsaq, tamamilə fərqli dəyərləri olan ölkələri görəcəyik. Həmin ölkələrin xalqları bir-birindən tam şəkildə fərqlənir. Əgər Cənubu və Şimalı götürsək və bəzi ölkələrdə siyasi hadisələrə nəzət salsaq görərik ki, onlar bir-birindən tam fərqlənir. Hazırda Avropa İttifaqında dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və sairə məsələlərdə xeyli narazılıqlar var. Belə bir hal Türk Dövlətləri Təşkilatında qəti  yoxdur. Bu, təşkilatı unikal edir. Bəs onda nə çatışmır?  Güclü beynəlxalq fəaliyyət  kifayət deyil və daha çox çıxış etməli, daha fəal olmalı və qlobal məsələlərdə öz sözümüzü deməliyik. Bu halda yenə də coğrafiya, əhali nəzərə alınmalıdır. Hələ hərbi imkanları buraya əlavə edilsə, hər şey aydın olar. Yaxşı məlumdur ki, Türkiyə Ordusu Avropada ən güclü ordudur. Azərbaycan da öz hərbi imkanlarını nümayiş etdirdi. 

    Beləliklə, bunlar əlavə olunsa, həqiqətən qlobal səviyyədə beynəlxalq fəaliyyətin mərkəzinə çevrilə bilərik. Xüsusən də bəzi təşkilatları, daxili mübahisələri, inamsızlığı və qarşılıqlı etimadın çatışmamasını görəndə hər bir şey aydın olur.  Hazırda NATO-nun bəzi üzv ölkələri 5-ci maddə haqqında düşünür. Bunun nəzərə alınacağı ehtimalına gəldikdə, NATO daxilində müəyyən inamsızlıq var və bu, qlobal səviyyədə hələ ən güclü beynəlxalq təşkilatlardan biridir. Buna görə Türk Dövlətləri Təşkilatı  daha fəal olmalıdır. Bəlkə uyğun söz deyil, lakin təşkilat boşluğu doldurmalı, ən azı Avrasiyanın nəhəng sahəsində qərarların qəbul edilməsi mərkəzinə çevrilməlidir.

                                                                



    Əfaril Fərziyev,
    YAP VETERANI

                                                        

     


    PAYLAŞ:

    Oxşar xəbərlər