Kəlbəcər səfəri

Kəlbəcər səfəri
  • Cəmiyyət

  • Artıq Kəlbəcərin azad olunmasından 4 il ötür. Bu müddət ərzində ölkə Prezindenti işğaldan azad olun rayonların iqtisadi vəziyyətinin, infrastrukturunun yaxşılaşdırılması ilə bağlı bir sıra adımlar atmaqdadır. 
             
    Bu zaman kəsiyində işğaldan azad olunan ərazilərimizdə əhalinin öz el-obalarına qayıtmağından ötrü evlərin tikilməsi, yolların yenidən çəkilərək abadlaşması, məktəb və baxçaların tikilməsi və onlarca bu kimi işlərin görülməsi sosial inkişafın bariz nümunəsidir. 
               
    Son illərdə erməni işğalından xilas olmuş rayonlarımızla yanaşı bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxmaqdadır. 

    Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunur, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilmişdir. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Butün bunlar iqtisadi inkişafın göstəriciləri və regionların inkişafına göstərilən dəstəyin bir nümunəsidir.

    Kəlbəcər rayonunda da bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Artıq bütün işğaldan azad olunmuş ərazilərimizdə tarixi-dini abidələrimizin bərpası işinə başlanmışdır. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə talan olunmuş ərazilər indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. 
                 
    Kəlbəcər rayonu bu sahədə birinci rayonlardandır ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, Azərbaycanın dilbər guşələrindən olan İsti su sanatoriyası da Kəlbəcərdə yerləşir.
               
    Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olununur və əvvəlki şöhrəti qaytarılacaqdır.
                 
    Milyonlarca Azərbaycanı bu gün işğaldan azad olunmuş torpaqları ziyarətə gedir. Neçə ilin həsrətindən sonra , Azərbaycanın və dünyanın hər yerindən insanlar bu yerlərə axın edir, sanki, illərin həsrətini üzərindən atmağa çalışır xalqımız. Bu gün işğaldan azad olunmuş torpaqlara baş çəkən hər bir insan, hər bir azərbaycanlı görür ki, işğaldan azad olunmuş torpaqları bərpa olunur,dirçəlir və abadlaşır.





    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ söbəsinin mütəxəssisi


    PAYLAŞ:

    Oxşar xəbərlər