Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi
  • Cəmiyyət / Maraqlı

  • “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

    Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Sərəncam imzalayıb.

    Sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər