Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcəkdir

Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcəkdir
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında  qanunvericilik hakimiyyətini həyata keçirən dövlət qanunverici hakimiyyət orqanıdır. Birpalatalı orqan olub  deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. 
                    
    Sentyabrın 1-də azad və şəffaf şəraitdə keçirilmiş demokratik parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi partiyamızın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinə xalqın göstərdiyi böyük etimadın yeni ifadəsi idi. Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycanı qurmaq naminə möhtərəm Prezidentin həyata keçirdiyi strateji inkişaf xətti ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə və Cənubi Qafqazın liderinə çevirib.  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğaldan azad  edilməsi xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələnin həllini təmin edib.Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatlarında əldə edilən möhtəşəm qələbələr dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etmişdir.
                       
    Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimizin siyasi inkişafında, dövlətimizin strateji hədəflərinin əldə edilməsində, sosial həmrəyliyin möhkəmlən-dirilməsində önəmli rol oynayır.Dövlətçilik konsepsiyasının müxtəlif istiqamətlərində əldə edilmiş  möhtəşəm uğurlar Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə geniş xalq dəstəyinin əsas amillərinə çevrilib. Binun nəticəsi olaraq YAP 68 deputat mandatı qazanaraq parlament çoxluğuna sahib olub.
                
    Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.Möhtərəm Prezident İlham Əliyev cənabları İclasda çıxış edərək Milli Məclisə uğurlar arzulayaraq qeyd etmişdir ki,”əminəm ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir.
    “Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu.”
               
    Parlament seçkilərinin ən yüksək standartlara uyğun şəkildə azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi xalqımızın iradəsinin dəqiq ifadə olunmasını təmin etmişdir. Xalqdan etimad alan namizədlər parlamentin üzvü mandatını əldə etmişlər. Hər birinə uğurlar, cansağlığı arzulayırıq. 
         



    Əntiqə Tağıyeva, 
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru,
    Yeni Azərbaycan Partiyasının fəal üzvü.
    PAYLAŞ:

    Oxşar xəbərlər