Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu

Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu
  • Cəmiyyət

  • Prezident İlham Əliyevin cari ilin 6 sentyabr tarixində ”Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.
         
    Çıxışa başlayan Azərbaycan Prezidenti dəvətə görə öz təşəkkürünü bildirib.Prezident İlham Əliyev qeyd edib ki, o ikinci dəfədir ki, Çernobbio Forumunda ikinci dəfədir iştirak edir və bununla bağlı xoş təəssüratları var.
           
    Cənab Prezident bildirib ki, uzun illər ərzində Azərbaycan və İtaliya stratrji tərəfdaşlar kimi fəaliyyət gostəriblər. Və bu əməkdaşlıq bir çox sahələri əhatə edir.Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır.  Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
           
    Bizim ikitərəfli əlaqələrimiz əlbəttə ki, enerji və ticarətlə məhdudlaşmır. Biz hazırda humanitar məsələlər üzərində fəal şəkildə işləyirik. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində     Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır.O zaman işğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Münaqişəyə nəhayət son qoyuldu.
           
    Azərbaycan sülh danışıqlarında aktiv iştirak etməyə hazırdır, xüsusən də enerji təhlükəsizliyi sahəsində Rusiya və Ukrayna ilə müzakirələrə kömək göstərir. Avropa Şurası Parlament Assambleyasının bəzi üzvlərinin qərarlarına cavab olaraq, ölkəmizin suverenliyinin bərpası və müdafiəsi vacibdir. Bu qərarlar nəzərdən keçirildikdə əməkdaşlıq genişlənə bilər.
           
    Prezident İlahm Əliyev qeyd etdi ki, bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransı, iqlim mövzusunda qlobal səylərimizi nümayiş etdirəcək və biz bu sahədə də körpülər qurmaqda davam edəcəyik.




       

    Ş.Xəlilova
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi.



    PAYLAŞ:

    Oxşar xəbərlər