Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. İki ölkənin əməkdaşlığı bir çox sahəni əhatə edir. Yüksək səviyyəli siyasi təmaslar Azərbaycan-İtaliya ölkələrinin yaxın siyasi tərəfdaş olduğu nümayiş etdirir.
İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il dövlətin ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Azərbaycan-İtaliya əməkdaşlığının vacib hissəsidir.
Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
Dövlətlərin ikitərəfli əlaqələri əlbəttə ki, enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlənilir. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf-müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil alacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyacaqlar.
İki aydan sonra Azərbaycan ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcək. Bununla bağlı qərar ötən ilin dekabrında verildi. Burada ən vacib məqam ondan ibarətdir ki, bu qərar 200-ə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Bunu Azərbaycana olan ehtiramın təzahürü hesab edirik. Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək.
Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışır. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub.
Dünyada cərəyan edən geosiyasi proseslər və geoiqtisadi rəqabət elə təhlükəli həddə çatıb ki, nüfuzlu beyin mərkəzlərinin praqmatik təklif və tövsiyyələri nəzərə alınmadan qlobal təhlükənin dəf oluna biləcəyi az inandırıcı görünür. Peşəkar dəyərləndirmələrə görə İtaliyada birinci yerdə, Avropada isə ilk onluqda qərarlaşan nüfuzlu beyin mərkəzlərindən biri də “The European House – Ambrosetti” Mərkəzidir. 1965-ci ildən fəaliyyət göstərən Mərkəzin əsas platforması isə Çernobbio Forumudur. Bu platformada aparılan müzakirələr zamanı səslənən fikirlər, irəli sürülən təklif və tövsiyyələr dünya siyasətinə təsirsiz ötüşmür və aparıcı aktorların diqqətindən yayınmır. Prezident İlham Əliyevin sayca 50-ci olan builki Beynəlxalq Foruma əsas qonaq qismində dəvət edilməsi və Forum çərçivəsində “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusunda xüsusi sessiyanın keçirilməsi, heç şübhəsiz ki, ölkəmizin beynəlxalq münasibətlərin müstəqil subyekti kimi qazandığı nüfuza və etibarlı tərəfdaş statusuna hörmətin ifadəsidir. Bu həm də onun göstəricisidir ki, Azərbaycan artıq dünyanın nüfuzlu beyin mərkəzləri tərəfindən regionun aparıcı aktoru kimi tanınır.
“Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”. - tarixi və ümumbəşəri əhəmiyyət kəsb edən bu sitat Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur.
Prezident İlham Əliyevin bu sözləri hər hansı bir siyasi iddianın təzahürü deyil, səsləndirilmiş fikirlər dövlət başçısının bilavasitə siyasi niyyətinin məzmun və mahiyyətini əks etdirir. Odur ki, dünyada müxtəlif münaqişə və kataklizmaların sayının artdığı dövrdə Prezidentin sözügedən fikirləri beynəlxalq ictimaiyyət tərəfindən sözün əsl mənasında qlobal məzmunlu çağırış kimi qəbul olunmalıdır.
Prezidentin bu çağırışları qlobal xarakterlidir. Çağrışların məzmunu sadəcə hər hansı bir region üçün yox, bütün dünya üçün xüsusi aktuallıq kəsb edir.
Prezident İlham Əliyevin bəhs olunan yanaşması Qələbədən sonrakı müasir azərbaycanlının ictimai-siyasi təfəkkürünün parçasına çevrilməlidir.
Əfrail Fərziyev
YAP Vetranı