Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilovun Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qalib gəlməsi ilə bağlı paylaşım edib.
Leqal.az-ın məlumatına görə, paylaşımda deyilir:
“Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov - qızıl medal! Türkiyə parataekvondoçusu Fatih Çelik - gümüş medal!
Hər iki idmançını təbrik edir, onlara yeni qələbələr arzulayıram! Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”