Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri

Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri
  • Cəmiyyət

  • Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, xüsusilə də sahibkarlığın, biznesin inkişafı hər zaman dövlətin diqqət mərkəzindədir və bu sahədə ciddi uğurlar əldə edilib. Bu gün müstəqil respublikada həyat günbəgün dəyişir, insanların rifah halı yaxşılaşır, paytaxtda və bölgələrdə yeni-yeni sosial layihələr həyata keçirilir, tikilən göydələnlər, nəhəng körpülər, müasir yollar Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir.

    Artıq bununla bağlı həm dövlət tərəfindən atılan addımlar, həm də cəlb edilən investisiyalar müəyyən edilib. Qeyd edək ki, müharibədən sonrakı dövrdə azad olunmuş ərazilərin bərpası üçün dövlət büdcəsindən ayrılan vəsait ilbəil artır. Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün 2023-cü ildə ötən illə müqayisədə 13 faiz daha çox, yəni 3 milyard manat nəzərdə tutulub. Həmin ərazilərdə investisiya mühitinin yaradılması üçün növbəti mərhələ sayılan fiziki infrastrukturun böyük hissəsi artıq qurulub. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilər elektrik enerjisi ilə tam təmin edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə qoşulub.
    Bundan başqa, region üçün xüsusi əhəmiyyət kəsb edən Tərtər‒Çaylı‒Suqovuşan‒Talış, Əhmədbəyli‒Füzuli‒Şuşa avtomobil yollarının (Zəfər yolu) və Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi artıq başa çatdırılıb. Digər avtomobil yollarının tikinti və bərpasının 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ilə təmin olunması məqsədilə dövlət proqramında su anbarlarının, suvarma və paylayıcı kanalların, nasos stansiyalarının və digər su təsərrüfatı obyektlərinin mərhələli şəkildə təmiri, bərpası və yenilərinin tikintisinin 2026-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
       
    Eyni zamanda, sahibkarlar üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq üçün də əlverişli şərait - vergi güzəştləri yaradılıb. Bu güzəştlərə əsasən işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Bu isə biznes subyektinin əsas vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması deməkdir.
       
    Bu ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır.

    İşğaldan azad edilən ərazilərdə layihələr müxtəlif istiqamətlərdə icra olunur. Bura həm şəhər və kəndlərin tikintisi, həm də zəruri infrastrukturun yaradılması daxildir. Azərbaycan bütün yaşayış məntəqələrini yeni yanaşmalar, o cümlədən “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası əsasında bərpa etdi. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq”.  İşğaldan azad edilmiş ərazilərdə üç hava limanının tikintisi planlaşdırılıb. Füzuli Beynəlxalq Hava Limanının təməli 2021-ci ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bundan başqa, yenə də Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunda beynəlxalq hava limanının təməli qoyulub. İşğaldan azad olunmuş ərazilərdə daha bir beynəlxalq hava limanının inşası isə Laçın rayonunun ərazisində nəzərdə tutulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bəhs olunan səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının təməlini qoyublar. Laçın Beynəlxalq Hava Limanının tikintisi üçün rayonun Qorçu kəndi seçilib. Bu yerin üstünlüyü ondadır ki, buradan Laçın şəhərinə məsafə 30 kilometrdən, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Beləliklə, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.

    Ölkəmizin iqtisadiyyatının inkişafı ələlxüsüs da Qarabağın təm tarixi, həm balneoloji ehtiyatlarının zənginliyi gələcəkdə turizmin inkişafını da diqqət mərkəzində saxlayacaq. 





    Həsənova Xatirə,             
    Masallı rayonu, Təzə Alvadı 2 saylı tam orta məktəb

    PAYLAŞ:

    Oxşar xəbərlər