TÜRKPA-nın növbəti plenar iclasınin iştirakçılarının qəbulunda iqlim məsələləri

TÜRKPA-nın  növbəti plenar iclasınin iştirakçılarının qəbulunda  iqlim  məsələləri
  • Cəmiyyət

  • Türk Dövlətləri Parlament Assambleyası və  ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Parlament Assambleyası — 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzalamış olduğu sazişlə təsis olunmuşdur.

    29 sentyabr  2009-cu  ildə Azərbaycan  Respublikasının  paytaxtı   Bakı şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) I  plenar sesiyası keçirilmişdir. Plenar sesiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsin haqqında qərar qəbul edilmişdir.

    06 iyun  2024-ciü il tatixdə Bakıda Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) çərçivəsində parlament  Baş katiblərinin birinci iclası keçirilib. Keçirilən TÜRKPA-nın 13-cü Plenar iclasının yeni reallığın yarandığı tarixi dövrə təsadüf  edir.
       
    Vətən müharibəsi və 2023-cü ilin sentyabrında ölkəmizin ərazisində aparılmış antiterror tədbirləri nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı erməni işğalından azad edərək tarixi Zəfərə imza ataraq ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub.
         
    Parlamentlərarası təcrübə mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulanıb. Nəzərə çatdırılıb  ki, bu istiqamətdə məlumat mübadiləsinin aparılması, müxtəlif sərgilərin təşkili, birgə idman yarışlarının keçirilməsi, eyni zamanda, mətbuat xidmətlərinin birgə fəaliyyəti olduqca vacibdir.
       
    Türk dünyasının gücləndirilməsi, birləşməsi Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək.- fikri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə səsləndirib.

    Dövlətimizin başçısı deyib ki, mövcud olan güc mərkəzləri böhran içindədir. Hərəsinin öz böhran çərçivələri var. Bizim isə əksinə, potensialımız gündən-günə çiçəklənir.
     Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə iqlimlə bağlı məsələləri də gündəmə  gətirdi.
     
    İqlimin qorunması bu gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərdən biridir.
    Qlobal istiləşmə, atmosfer qatında ozonun miqdarının artması, təbii fəlakətlər, planetdə hava şəraitinin dəyişməsi - bütün bunlar Yer kürəsinin iqliminin pisləşməsinə gətirib çıxarır. Nəticədə insanların qida, həyat və əmlak təhlükəsizliyinə, təbii ehtiyatların vəziyyətinə və dövlətlərin tarazlı inkişafına zərərli təsir göstərir. Təkcə son 35 ildə planetdə iqlim dəyişikliyi kəskin surətdə artıb və  hər il yeni temperatur rekordları müəyyən edilir.
     
    Müasir elm Yer kürəsində temperatur yüksəlməyə davam edərsə, fəlakətli iqlim dəyişikliyinin nə qədər tez baş verəcəyi sualına cavab verə bilmir. Bununla belə, ekoloqların və meteoroloqların fikrincə, bəşəriyyət yəni insan zəkası həmin dəyişiklikləri gecikdirməyə kifayət qədər qadirdir.

    Azərbaycanda iqlim dəyişiklikləri ilə mübarizədə həyata keçirilən fəaliyyəti beynəlxalq ictimaiyyət yüksək qiymətləndirir. Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınmasına xüsusi önəm verir. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən etmişdir. İşğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, həmçinin işğaldan azad edilmiş torpaqların 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi gündəmdədir.  2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinin dərin məzmunundan xəbər verir.  İştirakçıların sayına, səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iştirakçı ölkələrin qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək.
       
    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) iqlim böhranının həlli yönündə çalışmaların əlaqələndirilməsi, onun aradan qaldırılması, strategiyaların işlənib hazırlanması və iştirakçı ölkələri bir araya gətirmək üçün çox önəmli beynəlxalq platformadır. Azərbaycan dövləti beynəlxalq ictimaiyyətin ona böyük hörmət və etimadının göstəricisi olan bu nüfuzlu sessiyanın yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlaşması naminə bütün zəruri tədbirləri görməkdədir.

                                                           


    Əfrail Fərziyev,
    YAP veteranı
    PAYLAŞ:

    Oxşar xəbərlər