Prezident İlham Əliyevlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında çoxillik və zamanın sınağından çıxmış möhkəm dostluq telləri onların milli və dövlət maraqlarını müxtəlif beynəlxalq platformalarda çiyin-çiyinə müdafiə etməyin şəxsi nümunəsidir. Dostluq və qarşılıqlı hörmət telləri bir-birinin fikrinə diqqətli münasibət, nəzərdə tutulan planların həyata keçirilməsinə məsuliyyətli münasibət və maraqların qarşılıqlı dəstəyini diktə edir.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlət başçısı çıxışı zamanı bildirib ki, aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu gün münasibətlərimizin son illərdə inkişafı müfəssəl şəkildə təhlil edilib və bu münasibətlərin dinamik inkişafı məmnuniyyətlə qeyd edilib, həmçinin daha da mühüm olanı - gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirilib.
Prezident bildirib ki, bu gen mezakirə olunan məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olunub.
MDB məkanında təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır. Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisna olmaqla.
Çıxışının sonunda İlham Əliyev bir daha Belarusiya prezidentinin Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, dost və qardaş belarus xalqına uğurlar arzulayıb.
Babayeva Elanora
Masallı şəhər 2 nömrəli məktəb