Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir.
Özünü etibarlı və mühüm neft-qaz tədarükçüsü kimi təsdiq etmiş Azərbaycan, beynəlxalq dekarbonizasiya səylərinə töhfə verməklə "yaşıl" enerjini də fəal şəkildə inkişaf etdirir. Bu gün bütün ölkə ərazisində xarici kapitalın iştirakı ilə alternativ enerji ilə bağlı mühüm layihələr həyata keçirilir.
Energetika sektorunda aparılan siyasət, görülən işlər və qazanılan uğurlar xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursuna sədaqətlə xidmət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu inkişafının və əldə olunan qələbələrin arxasında böyük işlər və ağır zəhmət dayanır.
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub.
“Yaşıl Enerji Zonası”nın yaradılması yalnız enerjinin bərpa olunan enerji mənbələrindən əldə olunmasını deyil, həm də onun ötürülməsi, paylanılması və istehlakında ən effektli və “ağıllı” sistemlərdən istifadə edilməsi, kiçik həcmli bərpa olunan enerji həllərinə, enerji səmərəliliyinə önəm verilməsi, hidrogen istehsalı, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqi, məşğulluq və yerli resurslardan istifadənin artırılması kimi çoxşaxəli məsələləri əhatə edir
Prezident İlham Əliyevin ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolunu düzgün qiymətləndirməsinin nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Qeyd edək ki, enerji və təchizatın təhlükəsizliyi, “yaşıl enerji”yə keçidlə bağlı ümumi hədəflər əsasında Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının əsasını da cənab İlham Əliyevdir.
Zəngin enerji potensialı və “yaşıl enerji” ilə bağlı yüksək məram daim yeni imkanlar axtarışında olan investorlar, xüsusilə də fəaliyyətlərində bərpa olunan enerjini prioritet sayan enerji şirkətləri üçün çox gözəl fürsət olduğunu qeyd edib: “Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir. Bu aspektdə, Zəngilan/Cəbrayıl rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması üzrə bp ilə əldə edilmiş razılaşma digər şirkətlər üçün də mühüm mesajdır. Hazırda bu stansiyanın inşasının texniki-iqtisadi aspektləri və ölkə şəbəkəsinə inteqrasiyasından irəli gələn məsələlər müzakirə edilir. İllik, təxminən, 500 mln. kVt•st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan bu layihə üzrə torpaq sahəsinin müəyyənləşdirilməsi, topoqrafik tədqiqatlar, şəbəkəyə qoşulma imkanlarının öyrənilməsi, hidrometeoroloji təhlillər və ətraf mühitə təsirin qiymətləndirilməsi istiqamətində də müvafiq işlər görülür.
Ceyhun Hüseynov,
Masallı MRX İƏ üzrə mütəxəssis