Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanallarının  inşa edilməsi bölgənin su təsərrüfatının inkişafına xidmət edəcəkdir

Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanallarının  inşa edilməsi bölgənin su təsərrüfatının inkişafına xidmət edəcəkdir
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti olduğunu bildirib . Azərbaycan Prezidenti ölkənin aqrar siyasətinin əsas məqsədinin ölkənin ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunudiqqətə çatdırıb. Kənd təsərrüfatının intensiv inkişafı torpaqların münbitliyi və su ilə təminatı ilə sıx bağlı olduğu üçün ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi müasir aqrar siyasətdə meliorasiya və irriqasiya məsələlərinə də xüsusi diqqət verilir. Bu məqsədlə yeni su anbarlarının, suvarma kanallarının inşa edilməsi yaxın gələcəkdə qeyd edilən məsələlərin həllini tapacağından xəbər verir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin, aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. Ölkə rəhbəri bir daha kənd təsərrüfatının inkişafı üçün vacib olan layihələrin icrası sahəsində görülən işləri diqqətə çatdırıb. Prezidenti İlham Əliyev qeyd edib ki, Artıq genişmiqyaslı proqram işlənib hazırlanıb. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Əgər bizim suvarma ilə bağlı ümumi layihələrimizi götürsək, görərik ki, bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Eyni zamanda, müasir idarəetmə sistemləri, itkilərin azaldılması - indi Şirvan kanalında itkilər 30 faizə yaxındır. İndi beton məcralı kanal inşa ediləndən sonra itkilər maksimum 5 faiz olacaq. Yəni, suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük.

    Bunlar ancaq Azərbaycanın bir hissəsinə aid olan layihələrdir. Əgər biz işğaldan azad olunmuş ərazilərdə layihələri əlavə etsək, mənzərə daha ürəkaçan olacaq. Çünki Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq. Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Çünki bildiyiniz kimi, bizim əsas çaylarımız xaricdən gəlir - Kür çayı, Araz çayı, Samur çayı. Bizim əsas çaylarımız xaricdən gəlir, ona görə Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var. Biz qısa müddət ərzində böyük infrastruktur layihələrini icra etmişik və bu işlər davam etdirilir.

    Cənab Prezident qeyd edib ki, “Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk. Eyni zamanda, Qarabağ kanalının da, - vaxtilə bu, Yuxarı Qarabağ kanalı adlandırılmışdır, indi isə bunun adı Qarabağ kanalıdır, - inşası ilə əlaqədar Sərəncam imzalanıb, texniki-iqtisadi əsaslandırma aparılacaq və bu işin nəticəsində yeni layihə işlənib hazırlanacaq. Biz Qarabağ kanalının inşasına gələn ildən başlamalıyıq. Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq.”

    İqlim dəyişikliyi ilə bağlı dünyada və ölkəmizdə böyük narahatlığın olduğunu qeyd edən ölkə başçısı yaxın gələcəkdə suya olan tələbatın tam ödənilməsi üçün indidən hazırlıq işlərinin görülməsinin və sudan səmərəli istifadənin vacibliyini önə çəkərək bildirmişdir ki, “Artıq genişmiqyaslı proqram işlənib hazırlanıb. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Əgər bizim suvarma ilə bağlı ümumi layihələrimizi götürsək görərik ki, bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Eyni zamanda, müasir idarəetmə sistemləri, itkilərin azaldılması - indi Şirvan kanalında itkilər 30 faizə yaxındır. İndi beton məcralı kanal inşa ediləndən sonra itkilər maksimum 5 faiz olacaq. Yəni, suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük.”

    Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resurslarının bizim ümumi su resurslarımızın 25 faizini təşkil etdiyini qeyd edən ölkə başçısı bildirib ki, bu resursların daxili mənbələr hesabına formalaşması bizə daha geniş suvarma şəbəkələrinin yaradılması imkanı verir: “Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var”-deyə cənab Prezident bildirmişdir.
    Çıxışının sonunda 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışının qeyd ediləcəyini, bu müddətdə Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonunda yeni və gələcəyə hesablanmış perspektivli layihələrin həyata keçiriləcəyini qeyd edən cənab İlham Əliyev ölkəmizdə idxaldan asılılığın tamamilə aradan qaldırılacağının anonsunu verdi.

    -Əminəm, Azərbaycan xalqı da tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir və bu gün dediyim, bu layihələrin icrası da tam təmin ediləcək. Biz üç ildən sonra - uzaqbaşı 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik, - dey ə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz nitqində qeyd edib.




    Akif Dəyyan oğlu HƏMİDOV,
    YAP Masallı Rayon Təşkilatının fəalı, Binə Xocavar kəndi.
    PAYLAŞ:

    Oxşar xəbərlər