Ordu ilə bağlı cəmiyyətdə təşviş yaratmaq cəhdində şübhəli bilinən şəxslərə qarşı hüquqi tədbirlər həyata keçirilib

Ordu ilə bağlı cəmiyyətdə təşviş yaratmaq cəhdində şübhəli bilinən şəxslərə qarşı hüquqi tədbirlər həyata keçirilib
  • Cəmiyyət / Maraqlı

  • Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən cəmiyyətdə təşviş yaratmaq cəhdində şübhəli bilinən şəxslərə qarşı hüquqi tədbirlər həyata keçirilib.

    Leqal.az xəbər verir ki, DTX tərəfindən sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması, Azərbaycan Ordusunda şəhidlərin və yaralıların olması, qoşun birləşmələrinin və ağır artilleriya silahlarının hazırlıq vəziyyətinə gətirilməsi, Laçın rayonu ərazisində komendant saatının tətbiq edilməsi ilə bağlı yalan xəbərlər yaymaqda təqsirləndirilən Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Əliyev Rəşad Balağa oğlu və 1973-cü il təvəllüdlü Məlikov Pərviz Ramiz oğlu olduğu müəyyən edilib.

    “Onların belə məlumatları yaymalarının qarşısı alınaraq zəruri hüquqi prosedur tədbirlər həyata keçirilib”, - məlumatda vurğulanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər