31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür.1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində,eləcə də Şamaxı,Quba,Xaçmaz,Lənkəran,Hacıqabul,Salyan,Zəngəzur,Qarabağ,Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.Rəsmi mənbələrə əsasən,soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib,on minlərlə insan itkin düşüb.
1988-ci ildən ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş təxribat xarakterli qırğınlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi,eləcə də ona bitişik 7 rayonu işğal edilib,yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir.Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları,tarixi abidələri,o cümlədən ziyarətgahları,dünya memarlığının incilərindən sayılan İsmailliyə binasını top atəşinə tutaraq dağıdıblar.Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb.Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə ordaca yandırıblar.
1919-1920 – ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqıırımı haqqında” 26 mart 1998-ci tarixli fərmanda bu hadisələrə siyasi qiymət verilib.Azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart – Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Təsadüfi deyil ki,bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib.
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kompaniya dünyanın bir çox şəhərlərini əhatə etməklə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərini və diaspor təşkilatlarını da bu prosesə cəlb edib. Fondun hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər,Xocalı soyqırımını əks etdirən fotoşəkillər mötəbər təşkilatlarda hazırlanan mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə,ermənilərin isə vandalizminə yönəldib.Fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu Azərbaycan həqiqətlərini bütün dünyaya tanıdıb.
“Xocalıya ədalət” kompaniyası isə Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini,münaqqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından müasir tariximizin mühüm mərhələsi olub.Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan internet portalı isə ermənilərin yüz illər boyu xalqımıza qarşı yürütdüyü soyqırımı siyasətini daha mükəmməl formada beynəlxalq səviyyədə təqdim edir.Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Bu ərazidə on minlərə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb.Azərbaycan Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyi də Azərbaycanın tarixi həqiqətlərinin erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların,qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki,beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib.
Aidə Şıxəliyeva,
Masallı rayon Dəlləkoba kənd Elşən Heybətov adına ümumi orta məktəb