Akardan Qərbə sərt xəbərdarlıq: “Hamı bilsin ki, Azərbaycan...”

Akardan Qərbə sərt xəbərdarlıq: “Hamı bilsin ki, Azərbaycan...”
  • Cəmiyyət

  • Türkiyə Müdafiə naziri Hulusi Akar bəzi Qərb siyasətçilərinin Azərbaycan əleyhinə verdiyi açıqlamalara sərt reaksiya verib.

    LEQAL.AZ
    teleqraf.com-a istinadla xəbər verir ki, o, Qərb dövlətlərini Azərbaycana qarşı qərəzli olmaqda ittiham edib.

    Akar dünya ictimaiyyətinin Azərbaycana qarşı edilən haqsızlığa göz yumduğunu bildirib: “Bunlar həqiqəti əks etdirməyən açıqlamalardır, tamamilə səhv qiymətləndirmələrdir. Azərbaycan ordusu beynəlxalq hüquqa zidd bir şey etmədi. Gördüyü işin həqiqəti və mahiyyəti ərazilərinin 30 ildir işğal altında olması ilə bağlıdır. Hamı bunu bilməlidir.

    Bu cür çıxışlarla Azərbaycan ordusunu günahlandırmaq olmaz. Səhv etməməlidirlər. Azərbaycan ordusunu “yıxıb-dağıtdı” deyib, ittiham etmək həqiqətən böyük bir qəflətdir, həqiqətən böyük bir səhvdir. İnsan üçün vətənini qorumaq, işğal altındakı torpaqlarını xilas etmək müqəddəs borcudur. Azərbaycan ordusu bunu edir. Ermənistan dünyanın gözləri qabağında Azərbaycanın yaşayış məntəqələrini və şəhərlərini bombaladı.

    Bütün dünya bunu gördü, amma bəziləri hələ də kor, hələ də kardır. Onların müasirlikdən, insan haqlarından, demokratiya və bitərəflikdən danışmaları əslində mümkün deyil”.
    PAYLAŞ:

    Oxşar xəbərlər