Əməkdar artist Kəmalə Müzəffər sosial şəbəkədə yeni fotosunu paylaşıb.
Leqal.az axşam.az-a istinadən bildirir ki, aktrisa rəy bölümündə ötən illə bağlı xatirələrini qeyd edib:
"Çox nadir halda hansı hadisənin neçənci ildə baş verdiyi yadımda qalır. Rəqəmləri, illəri, ayları, tarixləri... Bu və ya digər tarixlərdə baş verənləri tez unuduram. Hadisə o qədər böyük olmalıdır ki, yaddaşımda tarixi qalsın. Universitetə girdiyim, övladlarımın doğulduğu, anamın öldüyü kimi illəri unutmuram. Bu ili də unutmayacağam. Arzularımın həyata keçdiyi il oldu 2023. 15 ildən çoxdur sağlamlığımda olan problemin biri tam, biri isə qismən həll oldu. 7 ildən çox arzuladığım başqa bir arzum və nəhayət çoxdan gözlədiyimiz nəvəm Xan həyatımıza gəldi. İtkisiz də olmadı, içimdə olan yüzlərlə Kəmalələrdən birini itirdim. Özüm istəyərək, bilərək itirdim. Əlvida 2023. Səni ömrüm boyu unutmayacağam".