30 illik həsrəti ilə, dumanlı səması ilə, yorğun baxışı ilə yol gözləyən Xankəndi bu gün Azərbaycanın gücünün, qüdrətinin, ən əsası qətiyyətinin meydanına çevrilib. Xankəndində 8 noyabr tarixində Zəfər paradımız, qələbə yürüşümüz, bütövlük nümayişimiz və dekabrın 21-i Azərbaycan futbolunun keçirilməsi Yeni tariximizə qızıl hərflərlə yazıldı.21 dekabr tarixində İşğaldan azad edilən Xankəndi şəhərində tarixi hadisənin şahidi olduq. “Qarabağ” Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-i sınağa çəkdi. Ağdam təmsilçisinin rəqibinin Mərkəzi Ordu İdman Klubu olması qarşılaşmaya xüsusi anlam və rəng qatdı.
Xankəndinin bu oyuna ev sahibliyi etməsi tarixi hadisədir.Tarixdə hər şey Xankəndidən başlamışdı. Pənahəli xanın dövründən belə hər şey Xankəndidən başlamışdı. Yarandığı gündən Qarabağ xanlığının siyasi mərkəzi funksiyasını daşıyan Xankəndi 100 il öncə - 1923-cü ildə erməni oyunlarının düyün düşdüyü məkana çevrildi. Ötən yüzilliyin 8-ci onilliyinin axırında isə Xankəndi erməni işğalının açdığı yaranın bitişmədiyi yer oldu .100 illik səbr kasamız doldu, 2023-cü ilin sentyabrında baş tutan lokal antiterror əməliyyatlarına qədər. Quldur xuntanın ləğvi, Xankəndi və ətrafının Azərbaycanın tam nəzarətinə keçməsi, bir sözlə, suverenliyimizin bərpası Qələbə gününün ardından yaşadığımız ən böyük sevincə döndü. Yeni tariximizə qızıl hərflərlə yazıldı.Dekabırın 21-də keçirilən Azərbaycan futbolun Xankəndidə keçirilməsi tarixi hadisə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər. Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxışında qeyd etdi ki,”Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.”
Bəli bu torpağın, bu elin əsl sahibləri qayıtdı. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!
Dilgüşə Məmmədoba,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi