Azərbaycana qış fəsli gəlib

Azərbaycana qış fəsli gəlib
  • Cəmiyyət

  • Azərbaycana qış fəsli gəlib.

    Leqal.az xəbər verir ki, qış fəsli saat 07:27-də daxil olub.

    Bununla da cari ilin son fəsil dəyişməsi hadisəsi baş verib, Şimal yarımkürəsində, o cümlədən Azərbaycanda qış fəsli başlayıb.

    Qeyd edək ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Bu gün gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.

    Şimal yarımkürəsində qış fəsli nöbəti ilin martına qədər davam edəcək. Mart ayının 20-si saat 07:06-da yaz fəsli qışı əvəz edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər