2020-ci ildə 27 sentyabr tarixində başlanan II Vətən müharibəsində şanlı Azərbaycan ordusu qarşısında duran ən böyük vəzifəsini böyük qəhrəmanlıqla icra etdi.Müzəffər Ali Baş Komandan başda olmaqla Azərbaycan ordusu 44 günlük müharibədə böyük zəfər əldə etdi və hərb tariximizi, dövlətçiliyimizi, qəhrəmanlıq irsimizi daha da zənginləşdirdi.Bu qələbə onu göstərdi ki,xalqımızın mübariz ruhunu,vətənpərvərliyini öz azadlığı uğrunda mübarizə aparmaq əzmini heç bir qüvvə sındıra bilməz.
Dekabrın 10-da Bakı sanki əvvəlki Bakı deyil idi, Azadlıq meydanı əvvəlki Azadlıq meydanı deyil idi.Bu gün Bakı şəhərində Azadlıq meydanında Müzəffər Azərbaycan ordusunun Zəfər paradı keçirilirdi.Bu parad vətənimizin zəfər nümayişi idi.Meydanda qalib döyüşçüləri,düşməni dəmir yumruqla əzmiş əsgərlərimizi,gizirlərimizi görəndə hər bir Azərbaycan vətəndaşının ürəyi sevincdən dağa dönürdü.Paradda Azərbaycan ordusunun məhv etdiyi, qənimət etdiyi düşmənin hərbi texnikalarıda nümayiş etdirildi.
Rəzil dürümda olan Ermənistanın sın 26 ildə Qarabağda möhkəmləndirdiyi hərbi istehkamlar,səngərlər, minlərlə hərbi texnika, bütün bunlar hamsı ordumuz hədəfinə çevrilərək metal parçasına çevrildi.
44 günlük mübaribə hələ başlamışdan əvvəl düşmən ölkənin müdafiə naziri Azərbaycanı hədələyirdi ki, müharibə başlasa erməni tankları Bakıya gələcəkdir. Bəli, erməni tankları Bakıya gəldi, amma məğlub kimi hərbi qənimət kimi. Düşmən texnikasının Zəfər paradında nümayişi ermənilərə vurulmuş növbəti bir zərbə idi və bir daha ermənilər Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə cürət etməyəcəklər.
Bu parad həmdə Azərbaycan və Türkiyə dostluğunun bariz nümunəsi oldu. Paradda Türkiyə cümhuriyyətinin prezidenti RT Ərdoğanın iştirak etməsi Ermənistan və onun havadarlarına bir xəbərdarlıq idi.
Zəfər paradından 3000 hərbiçi ilə yanaşı 150-dək hərbi texnikada keçdi. Bu bir daha göstərdi ki, ölkəmizdə ordu quruculuğu Prezident cənab İlham Əliyevin başçılığı ilə uğurla davam etdirilib. Bu Zəfər paradı Azərbaycan xalqının öz ordusuna, öz müzəffər ali baş komandanına inamını qat-qat artırdı. Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Şanlı Azərbaycan Ordusu!
Qulamov Elşən,
Masallı rayonu Bala Kolatan kəndi