Nəriman Nərimanov adına NQÇİ-də "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev Azərbaycanın neft strategiyasının banisidir" mövzusunda dəyirmi masa keçirildi

Nəriman Nərimanov adına NQÇİ-də "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev Azərbaycanın neft strategiyasının banisidir" mövzusunda dəyirmi masa keçirildi
  • Cəmiyyət

  • 30 noyabr 2023-cü il tarixdə Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində (NQÇİ) "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev Azərbaycanın neft strategiyasının banisidir" mövzusunda dəyirmi masa keçirildi.

    Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, məşhur 91 -lərdən biri olan Munis Bayramov, N.Nərimanov adına NQÇİ-nin rəisi Nasir Xalıqov, YAP rayon təşkilatının aparatının əməkdaşları və müəssisənin əməkdaşları iştirak etdilər.

    Əvvəlcə Ümumilli lider Heydər Əliyevin büstü və İkinci Qarabağ - Vətən müharibəsində canlarından keçən şəhidlərin abidəsi ziyarət olunaraq önünə gül dəsətələri qoyuldu.

    Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Ümummili liderin nəhəng dövlətçilik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

    Tədbiri açan N.Nərimanov adına NQÇİ-nin rəisi Nasir Xalıqov Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərini yüksək qiymətləndirdi, Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə iqtisadiyyatın inkişafı, ordu quruculuğu, gənc nəsllin yüksək səviyyədə ali təhsili, vətənpərvərlik tərbiyəsi və digər istiqamətlərdə böyük zəhmətini xatırlatdı. O, Heydər Əliyevin rəhbərliyi altında hazırlanıb həyata keçirilən böyük neft strategiyası və "Əsrin kontraktı"nın əhəmiyyətini geniş şəkildə açıqladı.

    Dəyirmi masada çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi möhtəşəm quruculuq işləri, bütün sahələri əhatə edən islahatlar barədə ətraflı danışdı. O, vurğuladı ki, Azərbaycan tarixinin son 60 ili Ulu öndərin adı və siyasi fəaliyyəti ilə sıx şəkildə bağlıdır. YAP rayon təşkilatının sədri qeyd edib ki, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildiyi andan etibarən Azərbaycanın adı keçmiş Sovet İttifaqı ərazisində çox geniş yayıldı, iqtisadi, siyasi və mənəvi həyatın bütün sahələrində canlanma baş verdi.

    Tədbirdə digər çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, məşhur 91 -lərdən biri olan Munis Bayramov keçmiş Sovet İttifaqının dağılması ərəfəsində doğma Vətəninə qayıdan Heydər Əliyevin Azərbaycanı düşdüyü ağır bəlalardan xilas etmək üçün apardığı mübarizədən, Yeni Azərbaycan Partiyasının yaradılması səbəblərindən danışıb.

    O qısa zaman kəsiyində xalqın tələbi ilə ulu öndərin əvvəlcə Naxçıvan MR Ali Məclisinin, sonra Azərbaycan Respublikası Milli Məclisinin sədrləri seçildiyini və 1993-cü il iyunun 24-dən Azərbaycan Prezidentinin səlahiyyətlərinin icrasına başladığını xatırladıb. Həmin il oktyabrın 3-də isə xalqın böyük dəstəyi ilə Azərbaycan Prezidenti seçildiyini qeyd edib. Müstəqilik dönəmində cəmi 10 il hakimiyyətdə olan Heydər Əliyevin böyük zəhmətlə Azərbaycanı xaosdan, vətəndaş qarşıdurmasından və ərazilərin işğalından xilas etdiyini, ölkənin gələcək inkişaf strategiyasının işləyib hazırladığını bildirib.

    N.Nərimanov adına NQÇİ ərazi partiya təşkilatının sədri Lamiyə İsmayılova vurğulayıb ki, bu gün Azərbaycanın bütün sahələrində Ulu Öndər Heydər Əliyevin böyüklüyü görünür. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Müasir dövrümüzdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib.

    O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Zəfər yürüşünə başlaması və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın silahlı qüvvələrini darmadağın edərək Qələbə qazanması tariximizə yeni dövr olaraq daxil olub.

    Digər çıxış edənlər: əxfi şöbənin rəisi Leyla Abbasova, Həmkarlar İttifaqları omitəsinin sədri Ağaəli Zülfüqarov və başqaları Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək bu dahi insanın fədəkar əməyi sayəsində Azərbaycanın böyük uğurlara imza atdığını vurğulayıblar. Onlar qeyd ediblər ki, bütün ömrünü Azərbaycanın inkişafına sərf edən, müstəqil dövlətimizin çiçəklənməsi üçün yorulmaq bilmədən çalışan Ümummilli lider

    Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın yaddaşından heç zaman silinməyəcək.

    Tədbirdə YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqələri təqdim edildi.

    PAYLAŞ:

    Oxşar xəbərlər