Azərbaycanda son bir həftə ərzində 17 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son bir həftə ərzində 17 nəfər COVID-19-a yoluxub
  • Cəmiyyət

  • Azərbaycanda son 1 həftə ərzində (20-26 noyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 17 yeni yoluxma faktı qeydə alınıb.

    COVID-19-a yoluxan 14 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 5 nəfər ölüb.

    İndiyədək ölkədə ümumilikdə 834 152 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 743 nəfər müalicə olunaraq sağalıb, hazırda 37 aktiv xəstə var. Bu günə qədər 10 372 nəfər vəfat edib.

    Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 942, bu günə qədər isə ümumilikdə 7 715 867 test icra olunub.

    Qeyd edək ki, son həftə ərzində virus əleyhinə vaksinasiya etdirən olmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər