25 Noyabr 2020-ci il.Bu tarix hər bir Azərbaycan vətəndaşının qəlbində dərin iz buraxıb.İşğaldan azad olunmuş torpaqların siyahısına daha bir rayon əlavə edildi Bu, Kəlbəcər idi. Amma digərlərindən fərqli olaraq biz bu rayonun azad edilməsində heç bir itki vermədik.27 illik böyük həsrətdən sonra Kəlbəcər rayonu işğaldan azad edildi.Bu günü xalqımız səbirsizliklə gözləyirdi.Nəhayət, 44 günlük müharibədə müzəffər ordumuzun qarşısında tab gətirməyi bacarmayan ermənilər Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üştərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi.Kəlbəcərin də bir güllə belə atmadan azad edilməsi Ali Baş Komandan İlham Əliyevin yürütdüyü hərbi-siyası yolun davamı idi.Bu, bir daha sübut etdi ki,Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.
Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.Bununla bütün dünya şahid oldu ki, XXI əsrin müharibəsini aparan Azərbaycan xalqı qalib və döyüşkəndir.
Kəlbəcərin işğalı Azərbaycan üçün böyük faciə idi.Çünki rayonun işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir.
Bildiyimiz kimi, Kəlbəcər rayonu ərazisi ən qədim insan məskənlərindən biri kimi tanınır.Kəlbəcərdəki mağara düşəgələrində aparılmış arxaleoji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.Rayon ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.
Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var.Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsu və s. Rayonda, həmçinin faydalı qazıntılar da mövcuddur.
Artıq işğaldan azad ediləndən sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
İşğaldan azad edilmiş ərazilərdə təmir-bərpa işləri sürətlə davam etdirilir.Artıq bir neçə azad edilmiş rayonlara Böyük Qayıdış da başlayıb.Ölkə başçısı və xanım Mehriban Əliyeva da Kəlbəcərdə olublar.Prezident İlham Əliyevin müfafiq Sərəncamına əsasən 25 Noyabr –Kəlbəcər Şəhəri Günü elan edilmişdir.
Ş.Xəlilova,
Masallı rayonu, S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi