FHN: Küləkli hava, ərazidəki yüksək gərginlikli elektrik xətləri yanğının söndürülməsini çətinləşdirib

FHN: Küləkli hava, ərazidəki yüksək gərginlikli elektrik xətləri yanğının söndürülməsini çətinləşdirib
  • Cəmiyyət

  • Küləkli hava, yüksək gərginlikli elektrik xətləri Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğının söndürülməsini çətinləşdirib.

    Bu barədə Leqal.az-a FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.

    Saat 05:41-də Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında FHN-ə yanğın olması barədə məlumat daxil olub. Dörd dəqiqə sonra yaxınlıqda olan yanğınsöndürmə bölməsi hadisə yerinə çataraq, yanğını yüksək çağırışlı elan etməklə, 2 saylı çağırış elan edib. Havanın küləkli olması, həmçinin yanğın mənbəyinin yüksək gərginlikli elektrik xətlərinin altında olması yanğınsöndürənlərin həyatına təhlükə yaradıb və yanğının söndürülməsi çətinləşib.

    Bildirilib ki, küləkli hava yonqarları geniş sahəyə yayıb və yanğın yerində 3 mənbə yaranıb. Hazırda bütün istiqamətlərdə yanğın sahəsi tam əhatəyə alınıb. Yanğının yayılmasının qarşısı alınıb. Yanğının sahəsi təxminən 4 min kvadratmetrə yaxındır.

    Taxta materialların ərazidən çıxarılması yüksək temperatur səbəbindən çətinlik yaradıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər