Partiyadaxili münasibətiləri xarakterizə edən əsas meyarlar

Partiyadaxili münasibətiləri xarakterizə edən əsas meyarlar
  • Cəmiyyət

  • 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın yeni neft strategiyasının bünövrəsi qoyuldu. Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində mühüm işlər görüldü. Ölkəmizdə elm, mədəniyyət və incəsənətin inkişafına dövlət səviyyəsində xüsusi diqqət göstərildi, bu sahədə çalışan insanların sosial məsələlərin həllinə böyük qayğı ilə yanaşıldı.  Heydər Əliyevin müdrik siyasəti nəticəsində  əldə edilmiş uğurlar həm də YAP-ın proqramında qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi demək idi.  Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq 1995-ci il noyabrın 12-də  keçirilmiş parlament seçkilərində və 1999-cu il dekabrın 12-də bələdiyyə seçkilərində YAP-ın qələbə qazanması partiyanın aparıcı siyasi qüvvə kimi ümumxalq partiyası olduğunu göstərdi.

    YAP-ın 1999-cu il  dekabrın  20-21-də keçirilmiş  I Qurultayında partiyanın təsis konfransında qəbul etdiyi proqram və Nizamnaməsi əlavə və dəyişikliklər edilməklə təsdiq olundu. YAP-ın müstəqil dövlət quruculuğu sahəsində əldə etdiyi uğurlar və seçkilərdəki qələbələri, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi  partiyanın məqsədlərinin realist və praqmatik xarakter daşıdığından irəli gəlmişdir. YAP-ın inkişafında  ən mühüm əlamətdar hadisələr içərisində cənab İlham Əliyevin partiyanın I Qurultayında Partiya sədrinin müavini, II Qurultayında partiya sədrinin birinci müavini, III Qurultayında isə partiyanın sədri seçilməsi xüsusi yer tutur.  Bundan sonra partiya yeni tarixi inkişaf mərhələsinə qədəm qoymuş, onun sosial və intellektual bazası daha da güclənmiş, xüsusilə gənclərin partiyaya üzv olması prosesi daha da  sürətlənmişdir. Prezident seçkilərində YAP-ın namizədi kimi cənab İlham Əliyevin qələbə qazanması xalqımızın partiyanın sədrinə olan böyük inam və etimadından irəli gəlmişdir.

    Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin irəli sürdüyü "Müasir, qüdrətli və zəngin Azərbaycan naminə" çağırışı əsasında Azərbaycan davamlı inkişaf yolu ilə irəliləyərək böyük nailiyyətlər qazanmış, regionun aparıcı dövləti kimi dünya birliyində mövqeyini daha da möhkəmləndirmişdir.  Azərbaycan Prezidenti, YAP-ın Sədri  İlham Əliyevin  praqmatik və uzaqgörən siyasəti özündə ümummilli maraqları ehtiva etməklə müasir dövrün çağırışlarına cavab verir. Bunun nəticəsidir ki, cəmiyyətin bütün sahələrində əldə olunmuş uğurlar  Azərbaycanı dünyaya modernləşmə yolu ilə inkişaf edən, güclü iqtisadi potensiala və inkişafa malik olan qüdrətli dövlət kimi tanıdır. Xarici siyasətdə əldə olunmuş uğurlar, regional və beynəlxalq əhəmiyyət daşıyan enerji-nəqliyyat layihələrinin reallaşmasında yaxından iştirakı, qlobal problemlərin həllinə həsr olunmuş beynəlxalq tədbirlərə evsahibliyi etməsi Azərbaycanın dünyada gedən  geosiyasi və geoiqtisadi proseslərə təsir imkanlarını daha da artırır. Ölkəmizin bütün sahələrinə diqqət yetirsək, davamlı inkişafın şahidi oluruq.

    Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə, region dövlətləri arasında qabaqcıl yer tutur. İşsizlik və yoxsulluq səviyyəsinin aşağı salınması  istiqamətində prinsipial addımlar atılır, əhalinin sosial rifahının  yüksəldilməsi Prezident  İlham Əliyevin apardığı siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Regionların sosial-iqtisadi inkişafı məqsədilə xeyli sayda dövlət proqramlarının həyata keçirilməsi nəticəsində rayon, şəhər, qəsəbə və kəndlərdə  müasir infrastruktur yaradılır. Davamlı inkişafın demoqrafik vəziyyətə  müsbət təsir göstərməsinin nəticəsidir ki,  əhalinin  sayında dinamik artım baş verir. Azərbaycanın sarsılmaz təməlini təşkil edən Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və müasir dövrün çağırışlarından irəli gələn tələblərə obyektiv, yaradıcı şəkildə yanaşılması ölkəmizin tərəqqisinin əsasında dayanır. Bu proses ümummilli maraqların prioritetliyi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafı, xalq-hakimiyyət birliyi və demokratik dəyərlərin cəmiyyətdə özünə dərin kök salması kimi xüsusiyyətlərlə xarakterizə olunur. 

    Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqlarının qorunması, dini-mədəni müxtəlifliyin  təmin edilməsi, multikultural  və tolerant ənənələrin inkişafı üçün hərtərəfli şəraitin yaradılması milli birliyi və vətəndaş həmrəyliyini möhkəmləndirir. Azərbaycan Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkan kimi dünya mədəniyyətinin və sivilizasiyasının inkişafına mühüm töhfələr verir. Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsində əldə olunmuş uğurlar parlaq təcəssümünü 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Müharibə dövründə  xalqımız Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinin, Müzəffər Ali Baş Komandan kimi qətiyyətli mövqeyinin və prinsipial diplomatik mübarizə apardığının şahidi oldu. Ötən illər ərzində Azərbaycan dövlətinin qazandığı uğurlar və dünya  birliyində böyük nüfuzu, xalq-iqtidar birliyi Vətən müharibəsində şanlı qələbənin əldə edilməsində böyük rol oynamışdır. Azərbaycan müharibədə erməni faşizmini darmadağın etməklə öz suverenliyini qorumağa qadir qüdrətli dövlət olduğunu bütün dünyaya  göstərdi. 

                                 


    Ülvü  Rufullayev,
    Binə Xocavar kənd tam orta məktəbi

    PAYLAŞ:

    Oxşar xəbərlər