Hər bir xalqın tarixində elə şəxslər olurki, onun xidmətləri öz xalqının inkişafına, dünya xalqları sırasında layiqli yer tutmasına yönəlir. Bu mənada Ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzedilməzdir. Hələ SSRİ dövründə ölkəyə rəhbərlik etdiyi illərdə onun sayəsində Azərbaycan keçmiş sovet respublikaları içərisində nüfuzlu yer tutmuşdur. Dövlət idarəçiliyində xüsusi səriştəsi olan Heydər Əliyev üzərinə götürdüyü tarixi missiyanı müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk vaxtlardan davam etdirməyə başladı.
Ümummilli lider dövlət quruculuğunundigər sahələri ilə yanaşı dövlət sistemininhüquqitəməlləriniyaratmaq sahəsində də bir sıra əməli tədbirlər həyata keçirdi. Bir-birinin ardınca ”Müdafiə haqqında”, “Müəssisələr haqqında”,“Aqrar islahatların əsasları haqqında” və digər Azərbaycan Respublikasının qanunlarıqəbul edilərək, qüvvəyə minmişdir.
Ümummilli lider Heydər Əliyevin dövlətin hüquq sisteminin formalaşmasında başlıca xidmətlərindən biri müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi oldu. 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiya layihəsi ümumxalq səsverməsinə (referendum) çıxarıldı. Səsvermənin məntiqi yekunu olaraq müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edildi. Həmin il noyabrın 27-də qüvvəyə minmiş Azərbaycan Konstitusiyası 5 bölmə,12 fəsil,158 maddədən ibarət idi. Konstitusiyanın 147-ci maddəsində onun hüquqi qüvvəsindən bəhs edilir, yəni Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunverucilik sisteminin əsasını təşkil edir.
Əsas Qanunun üçüncü bölməsi“Dövlət hakimiyyəti” adlanır və bu bölmədə qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə hakimiyyəti və Naxçıvan Muxtar Respublikasından bəhs edilir. Yerli özünüidarəetməyə həsr olunan dördüncü bölmədə bələdiyyələr, bələdiyyələrin işinin təşkili və səlahiyyətləri ilə bağlı hüquqi normalar öz əksini tapmışdır.
Beşinci bölmədə (“Hüquq və qanun)qanunvericilik sistemi, qanunvericilik sistemə daxil olan aktlar, Konstitusiyaya əlavələr və dəyişikliklərin edilməsi prosedürü və beynəlxalq aktların hüquqi qüvvəsindən bəhs edilir.
Ulu Öndər Heydər Əliyev eyni zamanda müasir Azərbaycan hüquq sisteminin banisi hesab edilir. Ölkədə müasir dövrün tələblərinə cavab verən hüquq sistemi formalaşdırılması onun adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk vaxtlardan bu sahədə əməli tədbirlər həyata keçirmişdir. 21 fevral 1996-cı il tarixində Hüquq İslahatları Komissiyasının yaradılması barədə Prezident Sərəncamı imzalanmışdır. Həyata keçirilən islahatların nəticəsi olaraq “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya məhkəməsi haqqında”, “Polis haqqında”, “Prokurorluq haqqında”, “Məlumat azadlığı haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Əməliyyat-axtarış tədbirləri haqqında”, “Yerli icra hakimiyyətiləri haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə seçkiləri qaydaları haqqında” və digər qanunlar qəbul edilmişdir.
Qeyd edək ki, əvvəlki dövrlərdə qəbul edilmiş məcəllələr bütövlükdə demokratik dövlətin tələblərinə cavab vermirdi. Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə müasir hüquq sisteminə uyğunlaşdırmaq məqsədi ilə köhnə məcəllələr ləğv edildi. Yeni məcəllələr qəbul edilib qüvvəyə minmişdir. Su, meşə, mülki, ailə, əmək, cinayət, mülki-prosessual, cinayət-prosessual, inzibati xətalar, cəzaların icrası məcəllələri təsdiq edilmişdir.
Ümummilli lider Heydər Əliyevin birbaşa xidmətləri sayəsində ölkəmizin Avropa Şurasına qəbul edilməsi milli hüquq sisteminin inkişafı baxımından mühüm rol oynadı. Ölkəmiz Avropa İnsan Hüquqları Konvensiyasına qoşuldu. Bununla da Azərbaycan Respublikası Avropa İnsan hüquqları yurisdiksiyasını qəbul etdi. Azərbaycan Respublikasında insan hüququ standartlarını Avropa insan hüquqları Konvensiyasına uyğunlaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu qəbul edildi.Qanuna əaasən Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və.azadlıqları yalnız qanunla məhdudlaşdırla bilər.
Beləliklə, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi hüquqi islahatlar, köhnə qanunvericilik sistemin yenisi ilə əvəz edilməsi, ölkəmizin Avropa İnsan hüquqları Konvensiyasına qoşulması, qeyri- məhkəmə müdafiə mexanizmi olan İnsan hüquqları üzrə müvəkkilin yaradılması beynəlxalq hüquqi normalara cavab verən müasir hüquq sisteminin formalaşmasına, ölkəmizin beynəlxalq arenada hüquqi dövlət kimi tanınmasına səbəb oldu. Ulu öndər Heydər Əliyevin başladığı hüquqi islahtları bu gün də ardıcıl olaraq onun siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.
Zamin Əliyev,
NDU-nun Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin dördüncü kurs tələbəsi.
Masallı rayonundakı Əmirtürbə kənd orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi.