Xankəndi şəhərində Azərbaycanın bayrağı qaldırıldı

Xankəndi şəhərində Azərbaycanın bayrağı qaldırıldı
  • Cəmiyyət

  • Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik.

    Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.

    İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.

    Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.

    Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.

    Azərbaycan bayrağının Ağdərədə, Əsgəranda və eləcə də Xankəndidə ucaldılması həqiqətən də çox böyük, tarixi və mənəvi hadisədir. Bu, Azərbaycanın uzun illərdir ki, işğal altında qalan tarixi torpaqlarının nəhayət ki, azadlığa qovuşması, yenidən Azərbaycan dövlətinin nəzarəti altına keçməsi deməkdir.

    Bu baxımdan bu gün Ağdərədə, Əsgəranda, Xankəndidə ucaldılan bayraq bütün təxribatçı qüvvələrə sanballı cavabdır.  Bununla yanaşı, bu, həm də Ermənistana, ona havadarlıq edən qüvvələrə ünvanlanan  mesaj kimi də dəyərləndirilə bilər. Azərbaycan bununla bütün dünyaya, eləcə də ermənipərəst dairələrə göstərdi ki, onu heç kim, heç nə dayandıra bilməz.
    Bundan başqa, baş verənlər göstərdi ki, İlham Əliyev cənabları heç nəyi yarıda saxlamağı sevmir. O, başlatdığı işi hökmən və hökmən sona çatdırır. Necə ki, biz bu gün bir daha bunun şahidi olduq.

    Prezident öz müraciətində Azərbaycan Ordusunun, Azərbaycan xalqının fədakarlğını, cəsarətini, qətiyyətini və müvarizliyini yüksək qiymətləndirdi, vətənimizin azadlığı uğruda həlak olan şəhdilərimizi ehtiram hissi ilə yad elədi. Ali Baş Komandan bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri həm Vətən mühahribəsi dönəmində, həm də post-müahribə dövründə böyük qəhrəmanlıqlara imza atıb, erməni faşizminin başını əzib. Prezident cari ilin 19-20 sentyabr tarixlərini əhatə edən lokal antiterror tədbirlərində ordumuzun göstərdiyi yüksək peşəkarlığı da ayrıca qeyd etdi, ordumuza öz minnətdarlığını bildirdi.

    Doğrudan da, istər Vətən müharibəsində, istərsə də lokal antiterror tədbirləri zamanı məhz ordumuzun qüdrəti, xalqımızın fədakarlığı bu böyük, çoxsaylı uğurların təminatçısı oldu.



    Tural Sadıqov,
    Masallı Gənclər Evinin metodisti
    PAYLAŞ:

    Oxşar xəbərlər