AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli I Türk Dünyası Mədəniyyət Forumunda çıxış edib

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli I Türk Dünyası Mədəniyyət Forumunda çıxış edib
  • Cəmiyyət

  • Şuşada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu keçirilir.

    AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli forumun açılış mərasimində çıxış edib. Akademik İsa Həbibbəyli çıxışında elm faktorunun mədəniyyəti birləşdirən amillərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev türk dövlətləri ilə əlaqələrə daim xüsusi diqqət göstərib və Ümummilli Liderin Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətləri üçün söylədiyi “Bir millət, iki dövlət” şüarı son illərdə Türk dünyasının birləşməsində mühüm rol oynayıb. Bildirib ki, məhz iki dövlətin dünyada bənzəri olmayan şəkildə birlik, həmrəylik göstərməsi, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində Türk dünyasının, Türk Dövlətləri Təşkilatının fəaliyyətinin canlanmasına səbəb olub.

    Akademik İsa Həbibbəyli, həmçinni forum çərçivəsində “Türk dilləri və ədəbiyyatları: differensiasiya və inteqrasiya” panelində də çıxış edib. Akademik İsa Həbibbəyli konseptual çıxışında türk xalqlarının ortaq əlifbasının yaradılması ilə bağlı təkliflərini bildirib. Hər bir türk xalqının bir cilddə ədəbiyyat tarixlərinin yazılması və tərcümə olunaraq beynəlxalq miqyasda yayılmasının zəruriliyini vurğulayıb.

    AMEA prezidenti, eyni zamanda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət mərkəzinin beş dildə hazırlayıb çap etdirdiyi “Türk dünyasının mədəniyyət paytaxtı” kitabının təqdimatında çıxış edib, nəşri yüksək qiymətləndirib.

    Müəllif: Leqal.az

    PAYLAŞ:

    Oxşar xəbərlər