Səkkiz gün ermənilərin zülmünə dözən Dürdanənin azad Xocalıdakı bayraq arzusu

Səkkiz gün ermənilərin zülmünə dözən Dürdanənin azad Xocalıdakı bayraq arzusu
  • Cəmiyyət / Maraqlı

  • “Yol gedirdim. Qızım dedi ki, Xocalı alınıb. Dedim, ola bilməz. Ordumuzun Xocalıda olduğunu əks etdirən şəkli göstərdi. Dondum, nə ağlaya, nə də gülə bildim, heykələ döndüm”.

    Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində Xocalı faciəsinin şahidi Dürdanə Ağayeva deyib.

    Səkkiz gün erməni zülmünə məruz qalan D.Ağayeva 4 ildir xərçəng xəstəliyindən əziyyət çəkir.
    “Əsirlikdə fikirləşirdim ki, kaş uzun saçlarım olmayaydı. Saçlarımdan tutub çox dartdılar, sürüdülər. Amma indi o saçların həsrətini çəkirəm”, - deyə o söyləyib.
    Xocalıya gedərkən ilk edəcəklərindən danışan faciə şahidi qeyd edib ki, ermənilərin onu zəncirlə döydüyü evi də ziyarət edəcək.

    Ətraflı videonu təqdim edirik:

    PAYLAŞ:

    Oxşar xəbərlər